Badamdarda yeni açılacaq Bravoya işçilər tələb olunur
- Şəhər
- Bakı
- Kateqoriya
- Satış və marketinq
- İş qrafiki
- Tam iş günü
- İş təcrübəsi
- Təcrübəsiz
- Təhsil
- Tələb olunmur
- Yerləşdirilib
- 04.11.2026 · 0 baxış
Əsas vəzifələr
İşəgötürən:Bravo Supermarket
Vakansiyalar:
1. Satıcı-kassir əmək haqqı 530 azn (naharla təmin olunma)
Vəzifələr
– Mağazada olan məhsullar haqqında məlumatlı olmaq
– Məhsulları səliqəli şəkildə rəflərə yığmaq
– Məhsul qiymətlərini yoxlamaq və dəyişdirmək
– Rəfləri təmiz saxlamaq
– Kassa əməliyyatlarını icra etmək
– Müştərilərin suallarını dinləmək,cavablandırmaq və ya məsul şəxsə yönəltmək
2. Mühafizəçi-560 azn (naharla təmin olunma)
Obyektin və ərazinin təhlükəsizliyini təmin etmək;
Əraziyə daxil olan və çıxan şəxslərə nəzarət etmək;
İşçilərin, müştərilərin və əmlakın təhlükəsizliyini qorumaq;
Obyektdə ictimai asayişə və daxili intizam qaydalarına riayət olunmasına nəzarət etmək;
Şübhəli halları və təhlükəsizlik qaydalarının pozulmasını dərhal rəhbərliyə bildirmək;
Yanğın, qəza və digər fövqəladə hallar zamanı ilkin tədbirlər görmək;
Müşahidə kameralarına və təhlükəsizlik sistemlərinə nəzarət etmək;
Növbə təhvil-təslimini müəyyən olunmuş qaydada həyata keçirmək;
Rəhbərlik tərəfindən verilən xidməti tapşırıqları yerinə yetirmək.
3. Çörəkçi-570 azn (naharla təmin olunma)
Müxtəlif növ çörək və un məmulatlarının hazırlanması və bişirilməsi;
İstehsal prosesində texnoloji qaydalara və reseptlərə riayət etmək;
Xammalın keyfiyyətini və yararlılıq müddətini yoxlamaq;
Bişirmə avadanlıqlarından düzgün və təhlükəsiz istifadə etmək;
Hazır məhsulların keyfiyyətinə, görünüşünə və çəkisinə nəzarət etmək;
Sanitariya-gigiyena və qida təhlükəsizliyi qaydalarına riayət etmək;
Məhsul itkisinin və xammal israfının qarşısını almaq;
Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
4. Malların qəbulu və anbar üzrə köməkçi-670 azn(naharla təmin olunma)
Anbara daxil olan malların qəbul prosesində iştirak etmək;
Malların sayını, çeşidini və xarici görünüşünü yoxlamaq;
Qəbul edilən malların müvafiq sənədlərlə uyğunluğunu yoxlamaq;
Malların anbar daxilində düzgün yerləşdirilməsini və çeşidlənməsini təmin etmək;
Məhsulların saxlanma şəraitinə və yararlılıq müddətinə nəzarət etmək;
Məhsulların yüklənməsi və boşaldılması prosesində iştirak etmək;
Anbarın təmizliyini, səliqəsini və təhlükəsizliyini təmin etmək;
Əskik, zədələnmiş və ya uyğunsuz mallar barədə məsul şəxsə məlumat vermək;
İnventarizasiya prosesində iştirak etmək;
5 Qəssab-670 azn
Ət və ət məhsullarının qəbulunu, çeşidlənməsini və ilkin emalını həyata keçirmək;
Ət məhsullarının doğranması, sümükdən ayrılması və porsiyalara bölünməsini təmin etmək;
Müxtəlif növ ət məhsullarını satış üçün hazırlamaq və vitrinlərdə yerləşdirmək;
Ət məhsullarının keyfiyyətinə, təzəliyinə və yararlılıq müddətinə nəzarət etmək;
Məhsulların düzgün saxlanma şəraitini və temperatur rejimini qorumaq;
Ət kəsimi üçün nəzərdə tutulmuş alət və avadanlıqlardan düzgün istifadə etmək;
Sanitariya-gigiyena və qida təhlükəsizliyi qaydalarına ciddi riayət etmək;
İş sahəsinin, avadanlıqların və alətlərin təmizliyini təmin etmək;
Məhsul itkisinin və israfın qarşısını almaq;
Satış zalına məhsulların vaxtında və düzgün şəkildə hazırlanmasını təmin etmək;
Aşkar edilmiş keyfiyyət uyğunsuzluqları barədə rəhbərliyə məlumat vermək;
Namizədə dair tələblər:
- Cins: hər ikisi
- Yaş: 18-45
- İş təcrübəsi müddəti: 1 ildən az
- Təhsil: orta
- Dil bilikləri: Azərbaycan dili
- Digər tələblər: yoxdur
Əlavə imkanlar: Nahar
İş yerinin ünvanı: Badamdarda yeni açılacaq Bravo
Həftənin iş günləri: 6 günlük
İş saatları: Dəyişkən qrafik
Müraciət qaydası: 050 251 59 35 Vatsap üzərindən müraciət edə bilərsiniz.
Müraciət üçün son tarix: 04.12.2026
Haqqında: Missiyamız müştərilərimizə keyfiyyətlə, sərfəli qiymətlərlə və bol çeşidli məhsul seçimi ilə xidmət göstərərək onlara unikal alış-veriş təcrübəsi təqdim etməkdir.
Əlaqə
Telefon: 050 251 59 35
Mənbə: telegram:azvakaz · Orijinal elan
Müraciət üçün elandakı əlaqə vasitələrindən və ya orijinal elandan istifadə edin.
📞 050 251 59 35🔗 Orijinal elan