Anbardar tələb olunur - (Hacıqabul, Navahı )
- Kateqoriya
- Nəqliyyat və logistika
- İş qrafiki
- Tam iş günü
- İş təcrübəsi
- Təcrübəsiz
- Təhsil
- Tələb olunmur
- Yerləşdirilib
- 28.10.2026 · 0 baxış
Əsas vəzifələr
Peşəkar bacarıqlarına güvənən, özünü inkişaf etdirməyə maraqlı və dinamik iş mühitində uğur qazanmaq istəyən namizədləri “Main Steel” komandasının bir parçası olmağa dəvət edirik.
Vəzifə öhdəlikləri:
Anbar təsərrüfatının idarə edilməsi və mal-materialların düzgün saxlanılmasını təmin etmək;
Anbara daxil olan mal-materialların qəbulunu, yerləşdirilməsini, mühafizəsini və anbardan buraxılmasını təşkil etmək;
Mal-materialların müşayiətedici sənədlərə uyğunluğunu yoxlamaq və müvafiq sənədləşməni aparmaq;
Materialların çeşidlənməsi, düzgün yerləşdirilməsi və komplektləşdirilməsini təmin etmək;
Anbarda mal-materialların uçotunu və hərəkəti ilə bağlı hesabatların aparılmasını təmin etmək;
Yükləmə-boşaltma işlərini və materialların anbar daxilində düzgün yerləşdirilməsini təşkil etmək;
Materialların xarab olmasının və itkilərin qarşısının alınması üçün mühafizə tədbirlərini həyata keçirmək;
Anbarda yanğın təhlükəsizliyi, əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək.
Vakant vəzifə üzrə tələblər:
· Ali təhsil
· Yaş həddi: 25-45
· Oxşar sahədə iş təcrübəsi
· Office proqramlarında işləmək bacarığı (Excel biliyi yaxşı səviyyədə)
· Xahiş edirik, yalnız Hacıqabul, Navahı ərazisində yaşayan namizədlər müraciət etsinlər.
İş şəraiti:
Əmək haqqı – 900 AZN (net)
İş qrafiki: 6 gün
Nahar fasiləsi: 13:00 – 14:00.
Sizə nə təklif edirik?
· AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
· Rəsmi dövlət bayramları və xüsusi günlərdə istirahət;
· Nahar şirkət tərəfindən təmin edilməsi;
Maraqlanan şəxslər öz CV-lərini recruitment@mainsteel.az elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində mütləq vəzifənin adı yazılmalıdır.
Əlaqə
E-poçt: recruitment@mainsteel.az
Mənbə: telegram:azvakrayonlardais · Orijinal elan
Müraciət üçün elandakı əlaqə vasitələrindən və ya orijinal elandan istifadə edin.