Bölgə meneceri tələb olunur ( Bərdə )
- Категория
- Продажи и маркетинг
- График работы
- Полный день
- Опыт работы
- Без опыта
- Образование
- Не требуется
- Размещено
- 28.10.2026 · 0 просмотров
Обязанности
İş barədə məlumat:
Tabeçiliyində olan tibbi nümayəndələrin fəaliyyətinə rəhbərlik etmək, onlara dəstək olmaq və iş prosesini koordinasiya etmək;
İş planlarını formalaşdırmaq, yaranan çətinlikləri vaxtında aşkarlayıb həll etmək;
Tibb müəssisələrinə mütəmadi ziyarətlər etmək, məhsullar haqqında ətraflı məlumat təqdim etmək və tibbi nümayəndələrlə ikili ziyarətlərin keçirilməsi;
Planlaşdırılmış satış və marketinq göstəricilərinə nail olmaq, şirkət məhsullarının tanınma dərəcəsini artırmaq;
Verilmiş marketinq strategiyasını tətbiq etmək və nəticələrin izlənməsini təmin etmək;
Şirkətin keçirdiyi və ya iştirak etdiyi tədbirlərin təşkilində aktiv iştirak etmək;
Həftəlik və aylıq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Namizədə tələblər:
Ali və ya orta ixtisas təhsili (tibbi təhsil üstünlükdür);
Əczaçılıq sahəsində iş təcrübəsi mütləqdir;
Komanda idarəetmə, liderlik və qərarvermə bacarıqları;
Yüksək ünsiyyət və təqdimat bacarığı, səlis nitq qabiliyyəti;
Nizam-intizamlı, məsuliyyətli olmaq və hərəkətli iş rejimində işləməyi bacarmaq;
MS Office proqramları ilə işləmə bacarığı.
Şirkət təklif edir:
Rəqabətədavamlı əmək haqqı;
Peşəkar komanda ilə işləmək imkanı;
Karyera və inkişaf perspektivləri.
Müraciət qaydası:
Vakansiya ilə maraqlanan və yuxarıdakı tələblərə cavab verən şəxslər öz CV-lərini mövzu hissəsində “Bölgə meneceri” ( Bərdə ) sözünü qeyd etməklə hr@tempus-az.com mail ünvanına və ya 070 374 71 99 Whatsapp nömrəsin göndərə bilərsiniz.
❤1
Контакты
Телефон: 070 374 71 99
E-mail: hr@tempus-az.com
Источник: telegram:azvakrayonlardais · Оригинал объявления
Для отклика используйте контакты из объявления или оригинальное объявление.