İş axtaranlar
Это объявление написано на другом языке и не переводилось.

Hava Gəmilərinin təmizliyi üzrə texnik tələb olunur - Gəncə Beynəlxalq Hava Limanı

от 545 AZN
Город
Гянджа
Категория
Образование
График работы
Полный день
Опыт работы
Без опыта
Образование
Не требуется
Размещено
28.10.2026 · 0 просмотров

Обязанности

Aviation Services Group Gəncə Aeroportunda Hava Gəmilərinin təmizliyi üzrə texnik vəzifəsi üzrə vakansiya elan edir.

Namizədə olan tələblər:

Cinsi: Qadın

Təhsil: Orta

İş təcrübəsi: Tələb olunmur

Vəzifə öhdəlikləri:

Növbə əvvəli xüsusi iş geyimini və fərdi mühafizə vasitələrini geyinmək;

Növbə başlayanadək,reyslərə xidmət üzrə sutkalıq planı şərhlə birlikdə ustadan almaq;

Təmizlik alətlərinin və materiallarının olmasını yoxlamaq;

Yerüstü xidmət üzrə rəhbərliyin tələblərini bilmək və onlara riayət etmək.

Aerodromda hava gəminin dayanacaq yerinə gedərkən yuyucu hərəkət edən hava gəmisinə, xüsusi nəqliyyata və digər mexanikləşdirilmiş vasitələrə qarşı xüsusilə diqqətli olmalıdır. Yer buz bağlayanda, güclü külək olanda, qar və yağış yağanda gedərkən (perronda, trapda, xüsusi nəqliyyatda) daha ehtiyatlı olmağa riayət etmək

·         Yığışdırma başa çatdırıldıqdan sonra növbənin ustasına, yığışdırmanın keyfiyyəti, aviaşirkətin nümayəndələri tərəfindən iradların olması, həmçinin HG-nin vəziyyəti (salon, xalça örtükləri, tualet otaqları və s.) haqqında məruzə etmək;

·         Xüsusi hava gəmisinə (hava gəmisindən) girəndə (çıxanda), trapın olmaması, səthin buz bağlaması və ya yaş olması, həmçinin HG-nin açıq lyuklarına düşməmək üçün salonda gedərkən diqqətli olmaq;

·         İş başa çatdıqdan sonra yuyucu iş inventarlarını yoxlamağa, nasazlıqlar olduqda onu təmirə verməyə borcludur. İnventarı saz təmizləmək və xüsusi olaraq bu məqsədlər üçün ayrılmış yerə qoymaq;

·         Müəyyən olunmuş daxili intizam qaydalarına, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi qaydalarına riayət etmək;

İş Şəraiti:

İş yeri: Gəncə şəhəri, Gəncə Beynəlxalq Hava Limanı

İş qrafiki istehsalatın tələblərindən asılı olaraq növbəli  VƏ YA gündəlik ola bilər:

Növbəli: 1-ci gün gündüz növbəsi (08:00–20:00), 2-ci gün gecə növbəsi (20:00–08:00), daha sonra 2 gün istirahət.

Gündəlik: 5 günlük iş qrafiki, 2 gün istirahət.

Əmək haqqı: 545 AZN net

Nahar ilə təmin edilmə

Əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsi əsasında tənzimlənir

Müraciət etmək üçün CV-nizi mövzu hissəsində vəzifə adını qeyd etməklə sky@asg.az ünvanına göndərməyiniz xahiş olunur.

Контакты

E-mail: sky@asg.az

Источник: telegram:azvakrayonlardais · Оригинал объявления

Для отклика используйте контакты из объявления или оригинальное объявление.

Похожие вакансии

ELEKTRİK MONTAJÇISI VƏ KÖMƏKÇİSİ tələb olunur Новое

По договорённости
AzVak.az - İş elanları / Vakansiyalar
БакуОбразование28.10.2026

Cer maşınlar üzrə operator tələb olunur Новое

от 600 AZN
AzVak.az - İş elanları / Vakansiyalar
БакуОбразование28.10.2026