Texniki Ofisə Dəstək üzrə Mütəxəssis tələb olunur
- Категория
- Другое
- График работы
- Полный день
- Опыт работы
- Без опыта
- Образование
- Не требуется
- Размещено
- 29.10.2026 · 0 просмотров
Обязанности
Şirkət: BMY Caspian MMC
Əsas vəzifələr:
• Texniki ofisin gündəlik işlərinə inzibati və texniki dəstək göstərmək;
• Excel proqramında hesabatların və məlumatların hazırlanması və aparılması;
• AutoCAD proqramı ilə işləmək;
• Ümumi tender sənədlərinə və proseslərinə baxış keçirmək;
• Əməkdaşların davamiyyətinin izlənilməsi və uçotunun aparılması;
• Tikinti sahələrində çalışan əməkdaşlarla operativ kommunikasiya yaratmaq;
• Sahələrdən daxil olan məsələlərin koordinasiyası və problemlərin həllinə dəstək olmaq;
• Kargüzarlıq və sənədləşmə işlərini həyata keçirmək;
• Texniki xarakterli gündəlik işləri yerinə yetirmək;
• Rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək.
Namizədə tələblər:
• Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
• Excel proqramını yaxşı səviyyədə bilmək;
• AutoCAD proqramı ilə işləmək bacarığı;
• Kargüzarlıq və sənədləşmə üzrə anlayış;
• Güclü kommunikasiya və problem həll etmə bacarığı;
• Stress altında işləmək və operativ qərar vermək bacarığı;
• Məsuliyyətli, diqqətli və təşkilatçı olmaq;
• Tikinti sahəsində iş prinsiplərini anlamaq üstünlükdür.
İş qrafiki: Həftədə 5 gün, 09:00–18:00
Əmək haqqı: Müsahibə əsasında
Təcrübə: Minimum 1 il
Müraciət qaydası:
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini vakansiyanın adını mövzu hissəsində qeyd etməklə hr@bmycaspian.com elektron poçt ünvanına göndərə bilərlər.
👎1
Контакты
E-mail: hr@bmycaspian.com
Источник: telegram:azvakaz · Оригинал объявления
Для отклика используйте контакты из объявления или оригинальное объявление.