İş axtaranlar
Это объявление написано на другом языке и не переводилось.

Dönər ustası (yarımfabrikat ət və ət məhsullarının istehsalı üzrə işçi) tələb olunur

По договорённости
Категория
Строительство
График работы
Полный день
Опыт работы
Без опыта
Образование
Не требуется
Размещено
29.10.2026 · 0 просмотров

Обязанности

BKE – Bursa Kebap Evi Dönər ustası,yarımfabrikat ət və ət məhsullarının hazırlanması üzrə işçi axtarır. Namizəd istehsal prosesində verilən tapşırıqları birbaşa yerinə yetirməli, məhsulun reseptura, çəki, gigiyena və qida təhlükəsizliyi tələblərinə uyğun hazırlanmasını təmin etməlidir.

Əsas iş funksiyaları

1. Dönər, köftə, lahmacun əti və digər yarımfabrikat ət məhsullarını hazırlayır.

2. Ət və ət məhsullarını müəyyən edilmiş reseptura, çəki və istehsal qaydalarına uyğun emal edir.

3. Xammalın doğranması, qarışdırılması, formaya salınması, porsiyalanması və qablaşdırılması işlərini yerinə yetirir.

4. Hazırlanan məhsulların standartlara uyğun keyfiyyətinə, görünüşünə, çəkisinə və təmizliyinə nəzarət edir.

5. İstehsal sahəsində istifadə olunan avadanlıq, alət və iş masalarını təmiz və işlək vəziyyətdə saxlayır.

6. Hazır məhsulları düzgün qablaşdırır, etiketləyir və saxlanma sahəsinə yerləşdirir.

7. Xammal və məhsullarla işləyərkən sanitar-gigiyena və qida təhlükəsizliyi qaydalarına əməl edir.

8. İstehsal zamanı israfın, artıq sərfin və məhsul itkisinin qarşısını alır.

9. Növbə rəhbəri və istehsalat üzrə məsul şəxsin verdiyi tapşırıqları vaxtında və düzgün icra edir.

10. İş intizamına, təhlükəsizlik qaydalarına və daxili prosedurlara riayət edir.

Tələblər

1. Qida istehsalı, ət məhsulları və Dönər hazırlama sahəsində təcrübə üstünlükdür.

2. Fiziki iş rejiminə uyğun olmalıdır.

3. Təmizliyə, gigiyenaya və dəqiqliyə ciddi yanaşmalıdır.

4. Komanda ilə işləmə bacarığı olmalıdır.

5. Məsuliyyətli, intizamlı və öyrənməyə açıq olmalıdır.

İş şəraiti:

6. İş qrafiki: 40 saatlıq iş qrafiki, 6 günlük iş həftəsi

7. Əmək haqqı razılaşma yolu ilə

8. Nahar pulu ilə təmin olunma

9. Rahat iş mühiti

İş yeri: Hökməli

Müraciət qaydası

Namizədlər CV-lərini mövzu yerinə “Dönər ustası” yazaraq hr@pja.az mail adresinə və ya 055 444 47 95 nömrəsi ilə əlaqə saxlasın.

Контакты

Телефон: 055 444 47 95
E-mail: hr@pja.az

Источник: telegram:azvakaz · Оригинал объявления

Для отклика используйте контакты из объявления или оригинальное объявление.

Похожие вакансии

Zavoda Fəhlə tələb olunur Новое

от 700 AZN
AzVak.az - İş elanları / Vakansiyalar
БакуСтроительство29.10.2026

Fəhlə tələb olunur Новое

По договорённости
Nəqliyyat və logistikada vakansiyalar
Строительство28.10.2026

Fəhlə (Dəyirman) tələb olunur (Sumqayıt ) Новое

от 607 AZN
Nəqliyyat və logistikada vakansiyalar
СумгаитСтроительство28.10.2026

Fəhlə(Dəyirman) tələb olunur (Sumqayıt ) Новое

от 607 AZN
Nəqliyyat və logistikada vakansiyalar
СумгаитСтроительство28.10.2026