Mətbəx üzrə Briqada üzvü tələb olunur
- Kateqoriya
- Təhsil
- İş qrafiki
- Tam iş günü
- İş təcrübəsi
- Təcrübəsiz
- Təhsil
- Tələb olunmur
- Yerləşdirilib
- 30.10.2026 · 0 baxış
Əsas vəzifələr
Azərbaycanda pizzaya olan baxışı dəyişən, keyfiyyət və yenilikçilik prinsiplərini ön planda tutan "Pizza Mizza" MMC öz komandasına Mətbəx üzrə Briqada üzvü axtarır!
Vəzifə öhdəlikləri:
Mətbəx əməliyyatları və məhsulların hazırlanması:
∙Pizzaların və menyudakı digər təamların standartlara tam uyğun, keyfiyyətli və
vaxtında hazırlanması
∙Sifarişlərin dəqiq və düzgün reseptura əsasında icra edilməsi
∙Növbə başlayarkən və bitərkən mətbəx stansiyasını işə hazırlamaq və təhvil vermək
∙Xammal və ərzaqların saxlanma qaydalarına və istifadə müddətlərinə (FIFO
prinsipinə) əməl olunması
Gigiyena, keyfiyyət və təhlükəsizlik:
∙Mətbəxdə, iş masalarında və avadanlıqlarda təmizlik və sanitariya qaydalarına riayət
edilməsi
∙Şəxsi gigiyena, xüsusi uniforma və Qida Təhlükəsizliyi (HACCP/ISO) standartlarına
şərtsiz əməl olunması
∙Tullantıların və xammal itkisinin minimuma endirilməsi, resurslardan qənaətlə
istifadə edilməsi
∙Restoranın mətbəx avadanlıqlarına və alətlərinə ehtiyatla yanaşılması
Komanda işi və əməkdaşlıq:
∙Növbə Meneceri və digər komanda üzvləri ilə koordinasiyalı işləyərək sifarişlərin
sürətli təhvil verilməsini təmin etmək
∙Yaranan texniki və ya əməliyyat çətinlikləri haqqında dərhal rəhbərliyə məlumat
vermək
Tələblər
∙Orta və ya ali təhsil
∙Yaş həddi 18 – 35 aralığı
∙Mətbəx sahəsində işləmək həvəsi (təcrübə arzuolunandır, təlimlər keçirilir)
∙Məsuliyyətli, operativ, diqqətli və səliqəli işləmə bacarığı
∙Komandada işləmək qabiliyyəti və çevik öyrənmə həvəsi
∙Karyera yüksəlişinə maraq və inkişaf istəyi
İş şəraiti
∙Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmləşdirilmə
∙6 günlük (növbəli) iş qrafiki
∙500 AZN (net) əmək haqqı + əlavə iş saatlarına görə ödəniş
∙Nahar şirkət tərəfindən təmin edilir
∙Ödənişsiz peşəkar təlimlər, gənc və dinamik kollektivdə sürətli karyera artımı
Maraqlanan şəxslər 077-438-14-15 əlaqə nömrəsinə yazmaqla vəzifəni göstərərək vakansiya müraciət edə
bilər.
Əgər operativsinizsə, mətbəx işinə həvəsiniz varsa və
gənc, dinamik komandada karyera qurmaq istəyirsinizsə, bizə qoşulun.
Əlaqə
Telefon: 077-438-14-15
Mənbə: telegram:azvakaz · Orijinal elan
Müraciət üçün elandakı əlaqə vasitələrindən və ya orijinal elandan istifadə edin.