İş axtaranlar

Zal üzrə Briqada üzvü tələb olunur

dən 500 AZN
Kateqoriya
Satış və marketinq
İş qrafiki
Tam iş günü
İş təcrübəsi
Təcrübəsiz
Təhsil
Tələb olunmur
Yerləşdirilib
30.10.2026 · 0 baxış

Əsas vəzifələr

Azərbaycanda pizzaya olan baxışı dəyişən, keyfiyyət və yenilikçilik prinsiplərini ön planda tutan "Pizza Mizza" MMC öz komandasına Zal üzrə Briqada üzvü axtarır!

Vəzifə öhdəlikləri

Zal stansiyası və xidmət:

∙Qonaqları səmimi qarşılamaq, menyunu təqdim etmək və sifarişləri dəqiq qəbul

etmək

∙Sifarişlərin vaxtında və təqdimat standartlarına uyğun çatdırılmasını təmin etmək

∙Masaların, oturacaqların, zalın ümumi təmizliyinə və masaüstü aksessuarların (duz,

istiot, salfet və s.) doluluğuna nəzarət etmək

∙Masaların dərhal təmizlənməsini (boş qabların və tullantıların yığılmasını) təmin

etmək

∙Növbə başlayarkən və bitərkən zal stansiyasını işə hazırlamaq və təhvil vermək

Müştəri məmnuniyyəti:

∙Qonaqlara diqqətli və təbəssümlə xidmət göstərərək müsbət atmosfer yaratmaq

∙Qida allergiyası və ya xüsusi pəhriz tələbi olan müştərilərə menyu seçimində düzgün

məsləhətlər vermək

∙Müştəri şikayətlərini təmkinlə dinləmək və həlli üçün dərhal Növbə Menecerinə

məlumat vermək

∙Qonaqların rəy və təkliflərini qeydə alaraq rəhbərliyə bildirmək

Satış və əməliyyatlar:

∙Yeni məhsulları, promo-aksiyaları və xüsusi təklifləri qonaqlara fəal təqdim etmək

∙Əlavə satış texnikalarından (Upselling/Cross-selling) istifadə edərək orta çek

məbləğini artırmaq

∙Sifarişləri Kassa / POS sisteminə dərhal və səhvsiz daxil etmək

∙Hesabı vaxtında təqdim etmək və ödənişləri (nağd/nağdsız) tam və dəqiq həyata

keçirmək

Məsuliyyət, gigiyena və təhlükəsizlik:

∙Restoranın avadanlıqlarına, qab-qacağa və əsas vəsaitlərinə ehtiyatla yanaşmaq

∙Şəxsi gigiyena, uniforma və Qida Təhlükəsizliyi standartlarına şərtsiz əməl etmək

∙Xammal və resursların qənaətcil istifadəsinə töhfə vermək

Tələblər

∙Orta və ya ali təhsil

∙Yaş həddi 18 – 35 aralığı

∙Gülərüz, səliqəli, məsuliyyətli və operativ işləmə bacarığı

∙Komandada işləmək həvəsi və çevik öyrənmə qabiliyyəti

∙Karyera yüksəlişinə maraq və inkişaf istəyi

İş şəraiti

∙AR Əmək Məcəlləsinə uyğun rəsmləşdirilmə

∙6 günlük (növbəli) iş qrafiki

∙500 AZN (net) əmək haqqı + əlavə iş saatlarına görə ödəniş

∙Nahar şirkət tərəfindən təmin edilir

∙Ödənişsiz təlimlər, gənc və dinamik kollektivdə sürətli karyera artımı

Maraqlanan şəxslər 077-438-14-15 əlaqə nömrəsinə yazmaqla vəzifəni göstərərək vakansiya müraciət edə

bilər.

Əgər qonaqpərvərsinizsə, insanlarla ünsiyyəti

sevirsinizsə və gənc, dinamik komandada karyera qurmaq istəyirsinizsə, bizə qoşulun.

👎1

Əlaqə

Telefon: 077-438-14-15

Mənbə: telegram:azvakaz · Orijinal elan

Müraciət üçün elandakı əlaqə vasitələrindən və ya orijinal elandan istifadə edin.

Oxşar vakansiyalar

TƏCİLİ TƏLƏB OLUNUR! - ONLAYN İŞ Yeni

dən 700 AZN
AzVak.az - İş elanları / Vakansiyalar
Satış və marketinq29.10.2026

Sığorta üzrə satış nümayəndəsi tələb olunur Yeni

Razılaşma ilə
AzVak.az - İş elanları / Vakansiyalar
BakıSatış və marketinq29.10.2026

Satış üzrə məsləhətçi tələb olunur Yeni

Razılaşma ilə
AzVak.az - İş elanları / Vakansiyalar
Satış və marketinq29.10.2026

Şəxsi avtomobili olan Satış təmsilçisi tələb olunur (qadın və kişi) Yeni

dən 1800 AZN
AzVak.az - İş elanları / Vakansiyalar
Satış və marketinq29.10.2026