Zal üzrə Briqada üzvü tələb olunur
- Category
- Sales & marketing
- Schedule
- Full-time
- Experience
- No experience
- Education
- Not required
- Posted
- 30.10.2026 · 0 views
Responsibilities
Azərbaycanda pizzaya olan baxışı dəyişən, keyfiyyət və yenilikçilik prinsiplərini ön planda tutan "Pizza Mizza" MMC öz komandasına Zal üzrə Briqada üzvü axtarır!
Vəzifə öhdəlikləri
Zal stansiyası və xidmət:
∙Qonaqları səmimi qarşılamaq, menyunu təqdim etmək və sifarişləri dəqiq qəbul
etmək
∙Sifarişlərin vaxtında və təqdimat standartlarına uyğun çatdırılmasını təmin etmək
∙Masaların, oturacaqların, zalın ümumi təmizliyinə və masaüstü aksessuarların (duz,
istiot, salfet və s.) doluluğuna nəzarət etmək
∙Masaların dərhal təmizlənməsini (boş qabların və tullantıların yığılmasını) təmin
etmək
∙Növbə başlayarkən və bitərkən zal stansiyasını işə hazırlamaq və təhvil vermək
Müştəri məmnuniyyəti:
∙Qonaqlara diqqətli və təbəssümlə xidmət göstərərək müsbət atmosfer yaratmaq
∙Qida allergiyası və ya xüsusi pəhriz tələbi olan müştərilərə menyu seçimində düzgün
məsləhətlər vermək
∙Müştəri şikayətlərini təmkinlə dinləmək və həlli üçün dərhal Növbə Menecerinə
məlumat vermək
∙Qonaqların rəy və təkliflərini qeydə alaraq rəhbərliyə bildirmək
Satış və əməliyyatlar:
∙Yeni məhsulları, promo-aksiyaları və xüsusi təklifləri qonaqlara fəal təqdim etmək
∙Əlavə satış texnikalarından (Upselling/Cross-selling) istifadə edərək orta çek
məbləğini artırmaq
∙Sifarişləri Kassa / POS sisteminə dərhal və səhvsiz daxil etmək
∙Hesabı vaxtında təqdim etmək və ödənişləri (nağd/nağdsız) tam və dəqiq həyata
keçirmək
Məsuliyyət, gigiyena və təhlükəsizlik:
∙Restoranın avadanlıqlarına, qab-qacağa və əsas vəsaitlərinə ehtiyatla yanaşmaq
∙Şəxsi gigiyena, uniforma və Qida Təhlükəsizliyi standartlarına şərtsiz əməl etmək
∙Xammal və resursların qənaətcil istifadəsinə töhfə vermək
Tələblər
∙Orta və ya ali təhsil
∙Yaş həddi 18 – 35 aralığı
∙Gülərüz, səliqəli, məsuliyyətli və operativ işləmə bacarığı
∙Komandada işləmək həvəsi və çevik öyrənmə qabiliyyəti
∙Karyera yüksəlişinə maraq və inkişaf istəyi
İş şəraiti
∙AR Əmək Məcəlləsinə uyğun rəsmləşdirilmə
∙6 günlük (növbəli) iş qrafiki
∙500 AZN (net) əmək haqqı + əlavə iş saatlarına görə ödəniş
∙Nahar şirkət tərəfindən təmin edilir
∙Ödənişsiz təlimlər, gənc və dinamik kollektivdə sürətli karyera artımı
Maraqlanan şəxslər 077-438-14-15 əlaqə nömrəsinə yazmaqla vəzifəni göstərərək vakansiya müraciət edə
bilər.
Əgər qonaqpərvərsinizsə, insanlarla ünsiyyəti
sevirsinizsə və gənc, dinamik komandada karyera qurmaq istəyirsinizsə, bizə qoşulun.
👎1
Contact
Phone: 077-438-14-15
Source: telegram:azvakaz · Original posting
To apply, use the contacts in the posting or the original posting.