Korporativ satış üzrə aparıcı mütəxəssis tələb olunur
- Город
- Баку
- Категория
- Продажи и маркетинг
- График работы
- Полный день
- Опыт работы
- Без опыта
- Образование
- Не требуется
- Размещено
- 29.10.2026 · 0 просмотров
Обязанности
Vəzifə öhdəlikləri:
Potensial korporativ müştərilərin araşdırılması, hədəf siyahısının hazırlanması və soyuq/isti təmasların qurulması;
Müştəri sənəd proseslərinin təhlili və platformanın onlara verəcəyi qənaətin rəqəmlərlə əsaslandırılması;
Onlayn və üzbəüz demo görüşlərinin təşkili, platformanın canlı təqdimatı
Fərdi kommersiya təkliflərinin hazırlanması, danışıqların aparılması və müqavilənin bağlanması;
Yeni müştərinin platformaya köçürülməsi (onboarding) prosesinin müşayiəti;
Mövcud portfelin idarə edilməsi, abunəliyin uzadılması və portfelin böyüdülməsi;
Aylıq satış planının icrası, həftəlik hesabatın rəhbərliyə təqdim edilməsi;
Bütün təmasların və satış mərhələlərinin CRM sistemində qeydiyyatı;
Müştərilərdən gələn geri bildirimlərin məhsul komandasına ötürülməsi.
Tələblər:
B2B / korporativ satış sahəsində minimum 2 il təcrübə;
Ali təhsil (marketinq, biznesin idarə edilməsi, iqtisadiyyat üzrə üstünlük verilir);
Azərbaycan dilini səlis bilmək; rus və ya ingilis dili üstünlükdür;
MS Excel-də sərbəst işləmək bacarığı (hesabat, sadə analiz);
CRM sistemləri ilə iş təcrübəsi üstünlükdür;
Güclü danışıq, təqdimat və etirazlarla işləmə bacarığı
Bakı daxilində müştəri görüşlərinə çıxmaq imkanı
Rəqəmsal məhsul / SaaS satışı təcrübəsi böyük üstünlükdür
İş barədə məlumat:
Əmək haqqı: Namizədin bilik, bacarıq və iş təcrübəsinə uyğun olaraq müəyyən edilir.
İş yeri : Bakı şəh., Nərimanov ray., Fəxrəddin Musayev küç., 10A.
Komfortlu ofis şəraiti, müasir tələblərə uyğun idarəetmə sistemi, mehriban komanda
5 günlük iş qrafiki: I-V-ci günlər 09:00-18:00
CV-lərinizi “Korporativ satış üzrə aparıcı mütəxəssis” başlığı altında hr@fintechlab.az ünvanına göndərməyiniz xahiş olunur.
Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılır
❤2
Контакты
E-mail: hr@fintechlab.az
Источник: telegram:azvakaz · Оригинал объявления
Для отклика используйте контакты из объявления или оригинальное объявление.