Texniki Ofis Mühəndisi tələb olunur
- City
- Sheki
- Category
- Finance & accounting
- Schedule
- Full-time
- Experience
- No experience
- Education
- Not required
- Posted
- 02.11.2026 · 0 views
Responsibilities
Şirkət: BMY Caspian
Şöbə: Texniki Ofis
Tabelik: Texniki Ofis Rəhbəri
İş rejimi: Bazar ertəsi – Cümə
VƏZİFƏNİN MƏQSƏDİ
Şirkət tərəfindən icra olunan tenderlərdə və mövcud layihələrdə texniki və smeta-qiymətləndirmə işlərini yüksək dəqiqliklə aparmaq, layihələrin büdcə, resurs və icra qrafiklərinə uyğun olaraq texniki ofisdən idarə olunmasına dəstək vermək, sahə ilə sənədləşmə axınını tənzimləmək və hədəflənən nəticələrin əldə olunmasını təmin etmək.
ƏSAS VƏZİFƏ ÖHDƏLİKLƏRİ
Tender və cari layihələr üzrə layihə sənədlərini və çertyojları analiz edərək iş həcmlərini (BoQ) və ilkin smetaları hazırlamaq.
Layihələrdə istifadə olunacaq material, işçilik və texniki resurs tələbatını öncədən proqnozlaşdırmaq, planlamaq və hədəf büdcəyə uyğunluğunu nəzarətdə saxlamaq.
Materialların faktiki sərfiyyatı ilə layihə normalarını müqayisəli şəkildə təhlil etmək və limitlərin qorunmasını təmin etmək.
Tikinti texnologiyasına uyğun olaraq işlərin tətbiq ardıcıllığını müəyyən etmək və İşlərin İcra Metodologiyasını (Method Statement / MOS) hazırlamaq.
Aylıq iş icrası aktlarını (IPC / Forma 2), Forma 3 və materialların silinməsi sənədlərini (Forma M-29) vaxtında tərtib edib təsdiqə təqdim etmək.
Subpodratçıların və təchizatçıların təqdim etdiyi qiymət təkliflərini, smetaları və yerinə yetirilmiş iş aktlarını yoxlamaq, sahə üzrə faktiki həcmlərlə uzlaşdırmaq.
Layihə gedişatında baş verən dəyişiklikləri (Variation Order) izləmək, əlavə iş həcmlərini və onların maliyyə-texniki əsaslandırmasını hazırlamaq.
Sahə mühəndisləri və əlaqədar departamentlərlə sıx koordinasiyada işləyərək texniki sualların operativ həll olunmasını və işlərin qrafikə uyğun irəliləməsini təmin etmək.
Layihələrin cari vəziyyəti, icra faizləri, resurs və smeta xərcləri üzrə dövri (həftəlik/aylıq) hesabatları hazırlayıb Texniki Ofis Rəhbərinə təqdim etmək.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR
İnşaat Mühəndisliyi üzrə ali təhsil.
Tikinti sektorunda Texniki Ofis Mühəndisi kimi minimum 3–5 il iş təcrübəsi.
Layihələr əsasında iş həcmlərinin və smetaların peşəkar səviyyədə çıxarılması bacarığı.
Tikinti konstruksiyalarını, işlərin texnoloji ardıcıllığını dəqiq analiz etmək və İşlərin İcra Metodologiyasını (MOS) tətbiq etmək təcrübəsi.
AutoCAD proqramında çizimləri sərbəst oxumaq və həcm hesablamaq bacarığı.
MS Excel proqramında mürəkkəb smeta cədvəlləri, düsturlar və hesabat formaları ilə yüksək səviyyədə işləmək bacarığı.
MS Project və ya Primavera P6 üzrə ümumi planlama və analitika bilikləri.
Forma 2, Forma 3, M-29 və IPC (Progress Payment) sənədləşmə prosedurlarını mükəmməl səviyyədə bilmək.
Yüksək punktuallıq, vaxtın idarə olunması və tapşırıqları müəyyən edilmiş son tarixlərə (deadline) tam uyğun şəkildə təhvil vermək vərdişi.
Güclü analitik düşüncə, rəqəmlərlə dəqiq işləmək qabiliyyəti və detallara yüksək diqqət.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini vakansiyanın adını mövzu hissəsində qeyd etməklə hr@bmycaspian.com elektron poçt ünvanına göndərə bilərlər.
Contact
Email: hr@bmycaspian.com
Source: telegram:azvakaz · Original posting
To apply, use the contacts in the posting or the original posting.