LAYİHƏ MENECERİ (PROJECT MANAGER) tələb olunur
- Category
- Construction
- Schedule
- Full-time
- Experience
- No experience
- Education
- Not required
- Posted
- 03.11.2026 · 0 views
Responsibilities
Memarlıq keramikası və fasad həlləri sahəsində fəaliyyət göstərən şirkətə layihə meneceri tələb olunur.
Namizədə dair:
Cins: kişi
Yaş: 23–40
İş təcrübəsi: 1–3 il
Rus dili — vacibdir
İngilis dili — arzuolunandır
Əsas vəzifələr:
Fasad işləri üzrə yeni layihələrin axtarılması və cəlb edilməsi.
İnşaat şirkətləri, tikinti şirkətləri, memarlar, podratçılar və ustalarla işgüzar əlaqələrin qurulması və inkişaf etdirilməsi.
Fasad briqadaları və ixtisaslaşmış podrat təşkilatları ilə əməkdaşlığın qurulması.
Tikinti bazarının monitorinqi və layihələndirmə və tikinti mərhələsində olan perspektivli obyektlərin müəyyənləşdirilməsi.
Fasad materiallarının təchizatı və montajı üzrə tenderlərdə iştirak.
Danışıqların aparılması, tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsi və layihələrin müqavilənin bağlanmasına qədər müşayiət olunması.
Namizədə tələblər:
Tikinti və ya fasad sistemləri sahəsində iş təcrübəsi.
İnşaatçılar, podratçılar, ustalar və tikinti şirkətləri arasında işgüzar əlaqələrin olması üstünlükdür.
Layihələrin axtarışı və müştəri cəlb etmək bacarığı.
Tender sənədlərinin hazırlanması və tenderlərdə iştirak təcrübəsi.
Ünsiyyətcil, aktiv, təşəbbüskar və nəticəyönümlü olmaq.
Danışıqlar aparmaq və uzunmüddətli işgüzar münasibətlər qurmaq bacarığı.
İş şəraiti:
İş qrafiki: 10:00–19:00
İş günləri: həftədə 6 gün
Rəqabətədavamlı əməkhaqqı.
Peşəkar və karyera inkişafı imkanı.
Nəticəyönümlü motivasiya sistemi.
Perspektivli şirkətdə iş imkanı.
Əgər tikinti bazarını yaxşı tanıyırsınız, layihələri tapmağı və işgüzar əlaqələri real müqavilələrə çevirməyi bacarırsınızsa, sizi komandamızda görməkdən məmnun olarıq!
CV göndərmək və ətraflı məlumat üçün:
Vatsap: 070 209 01 45
Contact
Phone: 070 209 01 45
Source: telegram:azvakaz · Original posting
To apply, use the contacts in the posting or the original posting.