Pərakəndə üzrə Satış təmsilçisi tələb olunur
- City
- Sheki
- Category
- Sales & marketing
- Schedule
- Full-time
- Experience
- No experience
- Education
- Not required
- Posted
- 30.10.2026 · 0 views
Responsibilities
Vəzifə Öhdəlikləri:
-Müəyyən olunmuş marşrut (rut) planı üzrə satış nöqtələrini müntəzəm ziyarət etmək,
müəyyən edilmiş satış hədəflərini icra etmək və sifarişləri qəbul etmək;
-Mövcud müştəri bazası ilə əlaqələri möhkəmləndirmək, ərazidə yeni satış nöqtələri
cəlb edərək müştəri şəbəkəsini genişləndirmək;
-Şirkət məhsullarını və yeni çeşidləri (SKU) peşəkar şəkildə təqdim etmək; təhvil
verilmiş stend, soyuducu və digər ticari avadanlıqların təyinatına uyğun və səmərəli
istifadəsinə nəzarət etmək;
-Satış nöqtələrində məhsulların rəf düzülüşünə (FIFO qaydalarına və şirkət
standartlarına), məhsulun görünürlüyünə və rəf payına nəzarət etmək;
-: Satış sonrası çatdırılma prosesini, ödəniş şərtlərini və debitor borcların (qalıq
öhdəliklərin) vaxtında yığılmasını izləmək; müştəridəki stok həcmini optimal
səviyyədə idarə etmək.
Əsas tələblər:
-Təcrübə: FMCG sahəsində satış təmsilçisi kimi minimum 1 il iş təcrübəsi;
-Sürücülük: B kateqoriyalı sürücülük vəsiqəsi və şəxsi avtomobilin olması mütləqdir;
-Dil bilikləri: Azərbaycan dili – səlis
-Proqram bilikləri: MS Office (Word, Excel – başlanğıc/orta səviyyə)
Fərdi keyfiyyətlər:
-Yüksək ünsiyyət, danışıqlar aparmaq və inandırma bacarığı;
-Günün/həftənin planlaşdırılması və problemləri çevik həlletmə qabiliyyəti;
-Komandada işləmək, nəticəyönümlülük və məsuliyyətlilik.
İş şəraiti və təminatlar:
-Əməkhaqqı: Sabit əməkhaqqı (Fix) + Satış nəticələrinə görə aylıq Bonus;
-Xərclərin qarşılanması: Yanacaq, amortizasiya və yemək xərcləri şirkət tərəfindən
ödənilir;
-Əlaqə: Korporativ nömrə və danışıq paketi;
-İş qrafiki: 6 günlük iş həftəsi (Bazar günü – istirahət günü).
Müraciət forması:
Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Pərakəndə üzrə satış təmsilçisi” yazmaqla
https://karyera.sirab.az/ ünvanına göndərmələri xahiş olunur. Vatsap 0999003589
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Contact
Phone: 0999003589
Source: telegram:azvakaz · Original posting
To apply, use the contacts in the posting or the original posting.